Bataqlıqda ilişib qalan şəxs belə xilas edildi - ANBAAN VİDEO

Bataqlıqda ilişib qalan şəxs belə xilas edildi - ANBAAN VİDEO

Hazırda oxunan: Bataqlıqda ilişib qalan şəxs belə xilas edildi - ANBAAN VİDEO

83261

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı bataqlıqdan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO