Dilarə Samirə ilə Safuranı danışdırmadığını dedi - Şəbnəmi isə... - VİDEO

Dilarə Samirə ilə Safuranı danışdırmadığını dedi - Şəbnəmi isə... - VİDEO

Hazırda oxunan: Dilarə Samirə ilə Safuranı danışdırmadığını dedi - Şəbnəmi isə... - VİDEO

83198

Müğənni Dilarə Kazımova həmkarları haqda söylədiyi kəlmələrlə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Şourum" maqazin verilişində həmkarlarının oxuduqları mahnılarını dinləmədiyini etiraf edib.

"Play list" rubrikasında müğənni Samirə Əfəndinin mahnısı təqdim olunub. Dilarə isə nəinki onun ifasını dinləmədiyini, hətta onunla küsülü olduğunu söyləyib.

"Samirəni dinləmirəm. Oxuduğu janr maraqlı deyil. Münasibətlərimiz isə yaxşı deyil".

Digər həmkarı Safura Əlizadənin "Ağla" mahnısını eşidən D.Kazımova "Safura ilə "Avroviziya" seçim turlarında görüşmüşdük. Onunla dost deyiləm. İfalarını dinləmirəm. 2010-cu ildə müsabiqənin seçim tutları bitdi və münasibətlərimizə son qoyuldu. Ondan sonra da rast gəlməmişik" deyə cavab verib. 
"Play list"də ifası təqdim olunan müğənni Şəbnəm Tovuzlu ilə Dilarə tanış olduğunu bildirsə də, lakin janr fərqli olduğundan mahnılarını qulaq asmadığını deyib.

"Şəbnəmlə tanışam, yaxşı münasibətimiz var. Sadəcə Şəbnəmin ifaları üslubum deyil. Bilirəm ki, Şəbnəmin çoxlu pərəştişkarları var".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO