Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi rayonunda, eləcə də Balakən və Yevlax rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 25 min 450 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Xidmətdən Bizim.Media-ya bildirilib ki, faktlarla bağlı “Şərq İnşaat” MMC, “Lalə tekstil” MMC, həmçinin Zaqatala rayon sakini Ramil Rəcəbov barəsində akt tərtib edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Vətəndaşları yaşıllıqların məhv edilməsinə yol verməməyə, bu cür hallar aşkar edildikdə isə dərhal Nazirliyin 168 saylı “Qaynar Xətt”inə məlumat verməyə çağırırıq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:27 / 09.07.2022
Qanunsuz ağac kəsənlərlə bağlı Baş Prokurorluqda ARAŞDIRMA BAŞLADI
Hazırda oxunan: Qanunsuz ağac kəsənlərlə bağlı Baş Prokurorluqda ARAŞDIRMA BAŞLADI
Hazırda oxunan: Qanunsuz ağac kəsənlərlə bağlı Baş Prokurorluqda ARAŞDIRMA BAŞLADI
83106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.