"Şamaxı"nın yeni rəhbəri məlum oldu - RƏSMİ

Hazırda oxunan: "Şamaxı"nın yeni rəhbəri məlum oldu - RƏSMİ

83005

“Şamaxı" klubu rəhbər dəyişikliyi ilə bağlı son günlər mediada yer alan xəbərlərə münasibət bildirib.

Klubdan Bizim.Media-ya bildirilib ki, “Şamaxı Futbol Klubu" İctimai Birliyinin təsisçilərinin və idarə heyətinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və digər əlaqədar qurumlarda olan zəruri qeydiyyat prosedurları davam edir:

"Bu qeydiyyat prosedurlarının ilkin mərhələsi yekunlaşıb. Hazırda “Şamaxı Futbol Klubu" İctimai Birliyinin idarə heyətinin yeni sədri kimi Elçin Arif oğlu Usub qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınıb. Müvafiq təsdiqedici sənədlər Ədliyyə Nazirliyi tərəfindən klubun hazırkı rəhbərliyinə iyulun 6-da təqdim edilib.

Qanunvericiliyə uyğun olaraq bütün prosedurlar yekunlaşdıqdan sonra komandanın bütün heyəti, məşqçilər və oyunçular ilə əlaqədar son qərarlar veriləcək.

Həmin qərarlar, habelə klubun yeni idarəetmə və inkişaf strategiyası ilə bağlı tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO