Daşınmaz əmlakın İCBARİ SIĞORTA qaydaları dəyişdirildi

Daşınmaz əmlakın İCBARİ SIĞORTA qaydaları dəyişdirildi

Hazırda oxunan: Daşınmaz əmlakın İCBARİ SIĞORTA qaydaları dəyişdirildi

82919

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron şəkildə bağlanılacaq.  

Bizim.Media xəbər verir ki, bununla bağlı "İcbari sığortalar haqqında" qanuna dəyişiklik təklifi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəni Milli Məclisə təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qeyd edib ki, hazırda yalnız avtomobillərə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır.  
 

MÖVZU İLƏ BAĞLI:

DSMF-dən əhaliyə 2 milyarddan çox ÖDƏNİŞ


“Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır.  

Müqavilələrin kağız formasında bağlanması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur”.  

Layihə səsə qoyularaq ilk oxunuşda qəbul edilib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO