Sabirabadda 42 yaşlı qadın iynədən şoka düşərək öldü 

Sabirabadda 42 yaşlı qadın iynədən şoka düşərək öldü 

Hazırda oxunan: Sabirabadda 42 yaşlı qadın iynədən şoka düşərək öldü 

82774

Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb. 

Bizim.Media xəbər verir ki, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1980-ci il təvəllüdlü Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb.

42 yaşlı qadın Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. 

Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumları bildirib ki, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb. Apa.az-ın məlumatına görə, qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb. 
Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO