14 yaşlı məktəblinin kanalda batmasının TƏFƏRRÜATLARI - YENİLƏNİB

14 yaşlı məktəblinin kanalda batmasının TƏFƏRRÜATLARI - YENİLƏNİB

Hazırda oxunan: 14 yaşlı məktəblinin kanalda batmasının TƏFƏRRÜATLARI - YENİLƏNİB

82680

Qusarda 14 yaşlı məktəblinin kanalda batmasının bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Quxuroba kənd sakini, 2008-ci il təvəllüdlü Amin Ağamirzəyev batmazdan əvvəl uşaqlarla futbol oynayıb. Amin yoldaşlarına "gəlin, gedək kanalda çimək, sərinlənək" deyərək kanalda çimməyi təklif edib. Heç kim çimmək istəməsə də, o təkbaşına suya atılıb.

On dəqiqədən sonra kanalın yanında onun paltarları tapılıb. Onun Samur-Abşeron kanslında batdığı ehtimal edilir. 

Yeniyetmənin meyitinin tapılması istiqamətində axtarışlar kanal boyu davam etdirilir. 

***

Qusarın Quxuroba kəndində 14 yaşlı  Amin Şahin oğlu Ağamirzəyev ərazidən keçən Samur-Abşeron kanalında çimərkən suda boğulub.

Bizim.Media xəbər verir ki, məktəblinin meyiti FHN-in əməkdaşları tərəfindən axtarılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO