Neftin qiyməti 380 dollara çatacaq? – İlham Şabanın ŞƏRHİ

Neftin qiyməti 380 dollara çatacaq? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Neftin qiyməti 380 dollara çatacaq? – İlham Şabanın ŞƏRHİ

82431

İyulun 4-də "JPMorgan Chase & Co."-nun analitikləri tərəfindən dərc olunan məqaləyə görə, G7 liderləri Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmək üçün Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaqla bağlı kompleks mexanizmi müzakirə edirlər.

“Rusiyanın büdcə sisteminin sabitliyini nəzərə alsaq, Moskva gündəlik neft hasilatını iqtisadiyyata ciddi zərər vurmadan 5 mln. barrel azaltmağa qadirdir.Bununla belə, dünyanın qalan hissəsi üçün Rusiyada hasilatın mümkün azalması fəlakətli nəticələrə səbəb ola bilər. Analitiklərin fikrincə, tədarükün sutkada 3 mln. barrel azaldılması Londonda qiymətləri 190 dollara, ən pis halda isə (5 mln. barrel azalma) qiymətlərin 380 dollaradək çəkə bilər”, - məlumatda qeyd olunub.

Bəs, bu nə dərəcədə realdır?
 

MÖVZU İLƏ BAĞLI:

Neft Fondunun 1 milyardlıq köçürməsinə niyə ehtiyac qalmayıb? – İlham Şabanın ŞƏRHİ


Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı-ekspert İlham Şabanın sözlərinə görə, bu cür hesabatlara inanmaq lazım deyil:

“Çünki bu cür informasiyalar çox zaman siyasi yönümlü olur. Onu adətən Qərbdə o şirkətlər yayır ki, onlar Rusiyadan nəsə umurlar və dünyanı şoka salacaq proqnozlar açıqlayırlar.

Eyni zamanda Rusiyanın gündəlik xam neft ixracı 5 milyon barrel civarındadır. Bu proqnoza görə, Rusiya gərək, ümumiyyətlə, neft satmasın. Belə bir ssenari mümkün ola bilərmi? Təbii ki, xeyr. Ən azından ona görə ki, Rusiya Belarusa 15 milyon ton neft ixrac edir. 

Digər tərəfdən bu Qərbin də marağında deyil. Sadəcə söyləyirlər ki, Rusiya neft və qazdan əldə etdiyi gəlirləri hərbi məqsədlərlə istifadə etməsin”. 

Ekspert Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycandan da keçən orta dəhliz vasitəsilə dünya bazarlarındakı neft qiymətlərini sabitləşdirmək üçün öz ehtiyatlarından istifadə etməklə bağlı açıqlamasına da münasibət bildirib:

“Qazaxıstan 1,5 milyon barel neft çıxarır. Onun da 80%-dən çoxu Rusiya üzərindən daşınır. Qazaxıstan dünya bazarlarında neft qiymətlərini stabilləşdirmək iqtidarında deyil. Azərbaycan vasitəsilə bu həcmlərin daşınması da real görünmür. Çünki Xəzər hövzəsində tankerlər vasitəsilə neft daşıma gücü 15 milyon tondur.
Burada Rusiya və Türkmənistan kimi ixacatçılar da var. Qazaxıstan maksimum 10 milyon ton nefti bazara çıxara bilər, ondan sonra nə edəcək?

Bundan əlavə, tankerləri Yaponiyada inşa edib, Xəzərə gətirmək də mümkün deyil. Tankerlərin böyük əksəriyyəti Rusiya tərsanələrində hazırlanır, ya da biz Bakıda inşa edə bilərik. Ona görə də, bu cür açıqlamalar o qədər də inandırıcı deyil”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO