Bakıda polis əməliyyat keçirdi – SAXLANILANLAR VAR – FOTO/VİDEO

Bakıda polis əməliyyat keçirdi – SAXLANILANLAR VAR – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda polis əməliyyat keçirdi – SAXLANILANLAR VAR – FOTO/VİDEO

82411

Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin onlayn yolla satışı ilə məşğul olan Sadiq Kərimov saxlanılıb. 

Onun üzərindən 100 qram heroin və metamfetamin aşkar edilib. Bu şəxs izahatında narkotikləri sosial şəbəkələrdə satmaq məqsədi ilə tanışı Gülərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs, yəni, Gülər Abdullayeva da tutularaq istintaqa təqdim edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda motosikletli narkokuryerlər tutuldu - VİDEO


Onun Binəqədi və Nizami rayonlarında kirayə yaşadığı evlərdən isə 500 qrama yaxın heroin, marixuana və metamfetamin aşkar olunub. Gülər Abdullayeva izahatında narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından aldığını bildirib.

Digər silsilə əməliyyatlar zamanı son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Binəqədi rayonunda, həmçinin iki nəfərə qarşı kəsici alətdən istifadə etməklə quldurluq edən və zərərçəkənlərin mobil telefonlarını, eləcə də pulunu alan dəstə üzvləri saxlanılıblar. 

Əməliyyat nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Məhəmməd İmanov, Fəyyaz Yarıyev və İlkin Eldaroğlu tutularaq istintaqa təqdim ediliblər. 

Bu şəxslər ifadələrində etdikləri cinayətləri etiraf ediblər. Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam edirilir. 

Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO