Son illərdə boyların kiçilməsi nə ilə əlaqədardır?

Son illərdə boyların kiçilməsi nə ilə əlaqədardır?

Hazırda oxunan: Son illərdə boyların kiçilməsi nə ilə əlaqədardır?

82363

Azərbaycan tarixən uzunömürlülük məskəni kimi tanındığı halda buranı bəzən uca boy və şux qamətlilər vətəni kimi də, tanıyanlar olurdu.

Son illərdə statistikaya əsaslanaraq deyə bilərik ki, ölkəmizdə boyların təbii sürətdə qısalması baş verir. Ölkə əhalisi üzrə adətən əvvəllər  ilk sırada uzun boylu insanlar dayanırdısa, indi orta boylu vətəndaşların sayı üstünlük təşkil etməkdədir.
Topoqrafiya dəyişmədiyi üçün uzun boyluluğu hansı amillərin azaldması kifayət qədər ciddi suallar doğurur.

Sosioloq Əhməd Qəşəmoğlunun mövzu ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamaya görə bu bir çox amillərin təsirindən asılıdır.

“Çox insanlar bunu adətən qidalanma ilə əlaqələndirlər. Düzgün və səmərəli qidalanmaya əsas səbəb kimi ərazimizdə yetişən təbii qidalara üstünlük verməliyik.Gübrəsi az olan və genləri dəyişməmiş meyvə-tərəvəzlə qidalanmaq lazımdır. 

Azərbaycanda boy artımının aşağı düşməsinə səbəb bunlardır:

1.Qidalanma  sahəsində mariflənmə getmir və qida üçün təhlükəli ərzaq məhsulları satılır.

2.Digər təsir ekologiya ilə bağlıdır.

3. Başqa bir önəmli təsir isə  ailədə gərginliyin yaranması ilə bağlıdır”.

Ekspertin sözlərinə əhali arasında  boy artımının aşağı düşməsinin qarşısını almaq üçün diqqət mərkəzində məhz  yeni nəslin keyfiyyətini saxlamalıyıq.

“Körpə uşaqların əksəriyyəti məlum səbəblərdən ana südündən məhrum olurlar. Halbuki ana südündə uşaqlar üçün bütün həyatı boyu vacib olan qidalar var. Lakin sadalanan bütün faktların arxasında əsaslandırılmış elmi proqramlar olmalıdır”.
Etnik tərkib məsələsi və başqa millətlərlə olan nigahları isə ekspert boyların artıb-azalmasında həlledici faktor kimi görmür

“Bəzən boyları kiçik olan valideyinlərin uzun boylu övladlarının olması ilə maraqlandıqda çox maraqlı faktlar ortaya çıxır. Belə valideyinlərin öz boyları alçaq olduğu üçün övladlarının düzgün qidalanması və idmanına xüsui yanaşıblar və bu da, övladlarında özünü  müsbət şəkildə biruzə verib. Boy artımı əsasən düzgün, səmərəli qidalanma və idmandan asılıdır. Digər faktorlar isə bu məsələdə həlledici rol oynamır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO