Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu ilk rəsmi səfərini Ukraynaya edib. Sandu səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.
MÖVZU İLƏ BAĞLI:
Kənddən çıxan prezident - MAYA SANDU
Zelenski bu səfəri iki ölkə arasında yeni münasibətlərin başlanğıcı kimi qiymətləndirib.
"Bizi ortaq dəyərlər və Avropa ilə münasibətlərdə gündəlikdə duran məsələlər birləşdirir. Biz Moldova prezidentinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və Krımın Ukrayna olması ilə bağlı yanaşmasını yüksək dəyərləndiririk",- deyə V. Zelenski paylaşımında yazıb.
Sandunun Baş nazir Denis Şmiqal və Ukrayna parlamentinin sədri Dmitri Razumkov ilə görüşü gözlənilir. Səfər çərçivəsində iki ölkə arasında bir neçə razılaşmanın imzalanması planlaşdırılır.
Xatırladaq ki, Moldova prezidenti Ukraynaya avtomobillə səfər edib.
Bizim.Media