Meksikada bələdiyyə başçısı timsahla evləndi – VİDEO

Meksikada bələdiyyə başçısı timsahla evləndi – VİDEO

Hazırda oxunan: Meksikada bələdiyyə başçısı timsahla evləndi – VİDEO

82142

Meksikada maraqlı toy mərasimi baş tutub. 

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən San Pedro Huamelula əyalətinin meri Viktor Hüqo Sosa şəhərə xeyir-dua gətirmək üçün dişi timsahla evlənib. 

Ağ paltar geyindirilən və təhlükəsizlik tədbirləri üçün ağzı bağlı olan “gəlin” timsah mərasimə şəhər meri Sosanın qucağında gəlib. Həm özünün, həm də timsahın adından evlilik andı içən prezident Sosa alqışlarla timsahı öpüb. 
Bildirilib ki, qeyri-adi hadisə Oaxaca əyalətinin Chontal və Huave yerli icmaları arasında keçmiş dövrlərə gedib çıxan təbiətin lütfü üçün xeyir-dua duasına əsaslanır. 

Sakit okean sahilindəki qəsəbəyə xeyir-dua dilədiklərini deyən Sosa, "Təbiətdən kifayət qədər yağış, kifayət qədər qida və çayda kifayət qədər balıq diləyirik" – deyə söyləyib. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO