Ronaldonun təyyarəsi İspaniyada saxlanıldı - FOTO

Ronaldonun təyyarəsi İspaniyada saxlanıldı - FOTO

Hazırda oxunan: Ronaldonun təyyarəsi İspaniyada saxlanıldı - FOTO

82028

İspaniyanın hüquq-mühafizə orqanları Menorka adasında İngiltərənin “Mançester Yunayted” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun şəxsi təyyarəsini saxlayıblar.

Bizim.Media xəbər verir ki, səbəb kimi futbolçunun cangüdəninin qalmaqal yaratması göstərilib.

Belə ki, metal detektordan keçərkən çox uzun müddət yoxlanılma mühafizəçinin xoşuna gəlməyib və o, söyüş söyməyə, əl-qol hərəkətləri etməyə başlayıb.

Nəticədə hava limanının mühafizəsi polis çağırıb. Bu isə təyyarənin yarım saat gecikmə ilə havaya qalxmasına səbəb olub.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO