Azərbaycan cüdoçusu qızıl medal qazandı - Avropa Kuboku

Azərbaycan cüdoçusu qızıl medal qazandı - Avropa Kuboku

Hazırda oxunan: Azərbaycan cüdoçusu qızıl medal qazandı - Avropa Kuboku

82007

Kluj-Napokada (Rumıniya) bu gün başlayan cüdo üzrə Avropa Açıq Kubokunun ilk günündə 11 Azərbaycan idmançısı çıxış edir.

Bizim.Media xəbər verir ki, Rəşad Elkiyev 60 kq çəki dərəcəsində bürünc medal uğrunda döyüşdə Tibo Vollemana (Nideland) qalib gəlib.

Nazir Talıbov finalda Coşua Cilesdən (Böyük Britaniya) üstün olaraq qızıl medal qazanıb.

Elçin Hüseynov bürünc medal uğrunda görüşdə digər azərbaycanlı idmançı Ruslan Paşayevə uduzub. Bununla da Paşayev bürünc medalın sahibi olub.

73 kq çəki dərəcəsində Telman Vəliyev finala yüksəlib. Nəriman Mirzəyev isə bürünc uğrunda mübarizə aparmaq imkanı əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO