Meymunçiçəyi bir ADDIMLIQDA, necə QORUNAQ? – Həkimdən vacib TƏLİMAT

Meymunçiçəyi bir ADDIMLIQDA, necə QORUNAQ? – Həkimdən vacib TƏLİMAT

Hazırda oxunan: Meymunçiçəyi bir ADDIMLIQDA, necə QORUNAQ? – Həkimdən vacib TƏLİMAT

81889

Dünyanın 30 ölkəsində meymunçiçəyi ilə bağlı vəziyyət gərgindir. Ötən gün isə bununla bağlı xəbərlər qonşu Türkiyədən gəldi. Qardaş ölkədə 37 yaşlı bir nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb. İmmun sistemi çatışmazlığı olan xəstə təcrid edilib. Türkiyədən əvvəl isə qonşu Gürcüstanda meymunçiçəyi xəstəliyi aşkarlanmışdı. 

Demək ki, yeni virus bir addımlıqdadı?

Tanınmış terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında meymunçiçəyinin Azərbaycanda da yayılması mümkünlüyündən danışıb:

“Bu ehtimal artır. Amma meymunçiçəyinin yayılma arealı sıx olmadığı üçün bu virus o qədər də təhlükəli hesab olunmur. Çünki bu virusun yayılma sürəti ilə ölüm halının baş verməsi nadir hallarda baş verir və korona kimi vahiməyə düşməyə dəyməz. Meymunçiçəyi virusu əsasən təmasla keçir. Amma tənəffüs və ya hava yolu ilə də keçə bilər. Koronavirusda olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilir. İstənilən halda insanlar bir-biri ilə koronavirusda da olduğu kimi məsafə saxlamalıdır.

Yenə də yaxşı olar ki, qoruyucu maskadan istifadə olunsun və insanlarla əl kontaktı yığşdırılsın. Əllə görüşüb, qucaqlaşmaq həmin prosesə təkan verir. Meymunçiçəyi ağız vasitəsilə qana keçib bədəndə yayıla bilir. Bu məsələdə də koronavirus kimi immunitet rol oynayır və xəstəliyə qədərki immunitetdən söhbət gedir”.

Həkimin sözlərinə görə meymunçiçəyinin suçiçəyindən fərqi səpgilərin ölçülərindədir:

“Suçiçəyinin səpkiləri həddindən artıq kiçik olur. Diqqətlə baxanda səpgiləri görmək olur və səpgilərin ucu sulu olur. Amma meymunçiçəyində səpgilərin ölçüləri çox böyük  və sıx olur. Xəstəyə baxanda insan vahiməyə düşür”.

Rasif Bağırov onu da əlavə edib ki, meymunçiçəyi ilə bağlı Azərbaycanda karantin qaydalarının sərtləşməsinə, hansısa məhdidiyyət və qadağalara ehtiyac yoxdur:

“Dövlət səviyyəsində müəyyən məhdudlaşdırıcı tədbirlərin baş verməsini güman etmirəm. Dünyanın ən çox yayılan ölkələrində də hələki sərtləşmədən söhbət getmir. Çox ciddi kontakt olmasa, meymunçiçəyi yayılmır. Ona görə də hər hansı qadağalara və yaxud yeni tədris dövründə mətktəblərin onlayn rejimə keçməsi ilə bağlı qərarların verilməsinə ehtiyac görmürəm”.

Xatırladaq ki, bir müddət əvvəl Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyi xəstəliyini pandemiya elan edib.
 

Meymunçiçəyi Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri "çiçək" xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri COVID-19-u xatırladır - qızdırma, başağrısı, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.


Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir, daha sonra yaraya çevrilir. İlk dəfə meymunda aşkar edilən virusa indiyədək 30-dan çox ölkədə rast gəlinib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO