Yeni inşa olunan Gəncə İdman Sarayının GÖRÜNTÜLƏRİ – FOTO  

Yeni inşa olunan Gəncə İdman Sarayının GÖRÜNTÜLƏRİ – FOTO  

Hazırda oxunan: Yeni inşa olunan Gəncə İdman Sarayının GÖRÜNTÜLƏRİ – FOTO  

81884

Yeni inşa olunan Gəncə İdman Sarayında işlər sürətlə davam edir.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov yeni inşa olunan Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişatı ilə tanış olub.

Bizim.Media-nın yerli bürosunun verdiyi xəbərə görə, şəhər rəhbərinə bildirilib ki, Gəncə İdman Sarayında işlər sürətlə davam edir.  

Artıq Sarayın otaqlarının döşəmə hissəsinə beton örtük salınıb, havalandırma sistemlərinin quraşdırılması və müasir üsullarla kabelləşmə işləri aparılır. Bununla yanaşı, idmançıların və sakinlərin rahatlığını təmin etmək üçün Sarayın sağ girişində eskalatorun quraşdırılması da nəzərdə tutulub.  

N.Bayramov aparılan işlərlə tanış olub və aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, ikimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO