Şəhid övladının cavabı efirdə hər kəsi kövrəltdi:

Şəhid övladının cavabı efirdə hər kəsi kövrəltdi: "Atamı "hədiyyə" edin..." - VİDEO

Hazırda oxunan: Şəhid övladının cavabı efirdə hər kəsi kövrəltdi: "Atamı "hədiyyə" edin..." - VİDEO

81883

“Təsir dairəsi” ictimai-sosial verilişdə kövrək dolu anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, “İkinci Vətən” müharibəsində şəhid olan kiçik çavuş Mətləb Zamanov oğlu Neymətin yaddaş problemləri ilə bağlı sözügedən proqrama pənah gətirib.

Verilişdə iştirak edən həkim şəhid övladını müalicə edərək, sağlamlığının geri qaytarıldığını açıqlayıb.  

Proqramın aparıcısı Lalə Azərtaş “Sənin atan şəhid olmasaydı, biz Şuşaya gedə bilməyəcəkdik” deyərək, şəhid övladını bağrına basıb.
Aparıcı bildirib ki, bu gün Neymətin həm də doğum günüdür. 12 yaşına qədəm qoyan Neymətə Lalə “Hansı hədiyyəni çox sevirsən?” sualını verib. O isə “Atamı” sözünü dilə gətirərək, hər kəsi göz yaşlarına boğub. L.Azərtaş şəhid övladının bu cavabına “Sənə atanı geri verə bilmərəm ki,…” – deyə kövrələrək, reaksiya bildirib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO