Xaçmaz-Quba yolunda baş verən qəzada xəstəxanaya gətirilənlərdən biri ölüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həyatını itirən qadın Sumqayıt şəhər sakini, 24 yaşlı Lalə Mərdan qızı Bağırovadır.
Yaralılar isə Zamin Abdullayev, Əlimərdan Bağırov və Raisa Cahangirovadır. Sumqayıt şəhər sakini olan Əlimərdan Bağırovun qəza törədən "Mersedes"in sürücüsü olduğu deyilir. Ölən qadının da onun yaxını olduğu bildirilir.
*** 16.33
Xaçmaz-Quba yolunda - Xaçmazın Bayoba kəndindən keçən hissəsində də ağır yol qəzası olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, iki avtomaşının toqquşması nəticəsində sürücü və sərnişinlər xəsarət alıblar.
Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu