"Qanunlarımızı qəbul edən Qarabağdakı ermənilərə hüquqi yardım göstərməyə hazırıq" - RƏSMİ 

Hazırda oxunan: "Qanunlarımızı qəbul edən Qarabağdakı ermənilərə hüquqi yardım göstərməyə hazırıq" - RƏSMİ 

81844

"Qarabağ bölgəsində yaşayan, Azərbaycanın qanunlarını qəbul edən, erməni əsilli istənilən Azərbaycan vətəndaşlarımıza hüquqi yardım göstərməyə hər zaman hazırıq". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib. 

Report.az-ın məlumatına görə, o, həmçinin Ermənistan tərəfinin destruktiv mövqe nümayiş etdirməsindən təəssüfləndiyini vurğulayıb: 

"Ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem olmayacaq.  


Yəni, onların bütün hüquqları təmin ediləcək. Prezident İlham Əliyev bunu dəfələrlə ən yüksək səviyyədə səsləndirib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO