İranda dəhşətli QƏZA: 14 nəfər yanıb öldü - VİDEO 

İranda dəhşətli QƏZA: 14 nəfər yanıb öldü - VİDEO 

Hazırda oxunan: İranda dəhşətli QƏZA: 14 nəfər yanıb öldü - VİDEO 

81833

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində 14 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. 
Bildirilib ki, hadisə “Peugeot” markalı iki minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib. 

Məlumata görə, avtomobillər toqquşduqdan sonra alovlanmağa başlayıb və 14 nəfər yanaraq həlak olub.

Dünən gecə saatlarında baş verən qəzada ölən 14 nəfərdən 11-nin hadisə yerində, üçünün isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişdiyi bildirilib. 

Qeyd edək ki, İran istehsalı avtomobillərin olduqca keyfiyyətsiz olması ölkədə hər il on minlərlə insanın ölümünə səbəb olur. Belə ki, İran istehsalı olan maşınlar hadisə zamanı ya parçalanır, ya da yanmağa başlayır ki, bu da minlərlə insanın ölümünə gətirib çıxarır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO