“Ukraynadakı münaqişənin üç mümkün nəticəsi olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Spactator” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, birinci ssenari rus qoşunlarının öz mövqelərində qalmasını nəzərdə tutur. Siyasətçi bildirib ki, bu halda Rusiya “Ukraynanın 20%-ni və Donbasın böyük hissəsini, əsas sənaye və kənd təsərrüfatı rayonlarını və Qara dəniz boyu bir zolağı alacaq”.
Kissincer vurğulayıb ki, belə bir variant Rusiya tərəfinin qələbəsi olacaq, NATO-nun əhəmiyyəti isə əvvəllər düşünüldüyü kimi “həlledici olmayacaq”.
“İkinci ssenari Rusiyanın Krımdan "məcburi olaraq çıxarılma” ehtimalını ehtiva edir. Bu halda “Rusiyanın özü ilə müharibə məsələsi yaranacaq” – deyə siyasətçi qeyd edib.
“Əgər Ukrayna “Rusiyanı istənilən hərbi işğaldan saxlaya bilsə” və “cəbhə xətti boyunca dövlət sərhədlərinə çəkilsə”, bu, Rusiyanın uduzması demək olacaq. Onun sözlərinə görə, bu halda Ukrayna “yenidən silahlanacaq və NATO ilə sıx bağlı olacaq”, hətta alyansın bir hissəsi olacaq və bütün digər məsələlər danışıqlar yolu ilə həll olunacaq” – deyə Kissincer əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:07 / 01.07.2022
“Bu halda Rusiya Ukraynanın 20%-ni alacaq” - Kissincer
Hazırda oxunan: “Bu halda Rusiya Ukraynanın 20%-ni alacaq” - Kissincer
Hazırda oxunan: “Bu halda Rusiya Ukraynanın 20%-ni alacaq” - Kissincer
81790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.