Azərbaycan və Türkiyə arasında VACİB RAZILAŞMA - FOTO

Azərbaycan və Türkiyə arasında VACİB RAZILAŞMA - FOTO

Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında VACİB RAZILAŞMA - FOTO

81740

Bu gün Bakıda nəqliyyat və rabitə üzrə Azərbaycan–Türkiyə İşçi qrupunun birinci iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayanın həmsədrlik etdiyi iclasda mülki aviasiya, avtomobil və dəniz nəqliyyatı, dəmir yolu və rabitə sahələrindən səlahiyyətli şəxslər iştirak ediblər.

İclas zamanı Bakı – Tbilisi – Qars dəmir yolu xəttinə və Orta Dəhlizə əlavə yük axınlarının cəlb edilməsi, Xəzər dənizində “Ro-Ro” daşımalarının səmərəliliyinin artırılması, eləcə də tranzit yüklərin daşınmasında daha çevik tənzimləmənin həyata keçirilməsi və daşıma proseslərinin asanlaşdırılması istiqamətində atılacaq birgə addımlar müzakirə olunub.

Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin cari ilin 27 may tarixində Bakı şəhərində keçirilmiş birinci üçtərəfli görüşünün və imzalanmış Bakı Bəyannaməsinin əhəmiyyəti qeyd edilib.

İclasda Zəngəzur dəhlizinin regionda sülhə, stabilliyə və əməkdaşlığa töhfə verəcəyi qeyd edilərək dəhlizin davamı olacaq Qars – Naxçıvan dəmir yolu xəttinin tikintisinin vacibliyi vurğulanıb.

Həmçinin, Azərbaycan və Türkiyə arasında fiber-optik infrastrukturun inkişafı, “5G” yeni nəsil mobil rabitə texnologiyaları, kibertəhlükəsizlik, “ağıllı” nəqliyyat sistemləri üzrə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunan sahələrdə təcrübə mübadiləsi və birgə təlimlərin təşkilinə dair razılığa gəlinib.

İclasın sonunda nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun birinci iclasının Protokolu imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO