Əlilliklə bağlı yeni meyarların tətbiqinə start verilir

Əlilliklə bağlı yeni meyarların tətbiqinə start verilir

Hazırda oxunan: Əlilliklə bağlı yeni meyarların tətbiqinə start verilir

81709

İyulun 1-dən əlillik sahəsində yeni meyarların tətbiqinə başlanacaq. 

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, əlillik artıq 3 dərəcə üzrə deyil, orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunacaq: 

“31 faizdən sonra göstərici 5 faiz – 5 faiz aralığında artacaq. Qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti. Əlillik təyinatına əsas verən meyarlar 4 dəfədən çox artırılır.

Bu vaxta qədər müddətsiz əlillik təyin edilmiş şəxslər yeni meyarlarla bağlı təkrar müayinəyə çağırılmayacaq. Bu vaxta qədər müddətli əlillik verilmiş şəxslərin isə yalnız həmin müddət bitəndən sonra yeni meyarlarla əlilliyinin qiymətləndirilməsi aparılacaq”. 

Qeyd edilib ki, sağalmaz xəstəlikləri olan uşaqlar üçün əlillik artıq 18 yaşa qədər deyil, ömürlük təyin ediləcək: 

“İndiyədək iki və daha çox diaqnoz olduqda, yalnız biri üzrə əlillik təyin olunurdu. Bundan sonra onlardan yüksək faizi olanın üzərinə 10 faiz əlavə olunmaqla təyinat aparılacaq. Bu zaman daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək.
Məsələn, şəxsdə həm müharibə ilə əlaqədar, həm də ümumi səbəbdən əlillik mövcud olanda, o zaman ona müharibə ilə əlaqədar əlillik müəyyən olunacaq ki, sosial təminatı daha yüksək olsun. Meyarlarda məhdudlaşmanın ən yüksək həddi olan 100% pozulma - hər hansı bir orqanın funksiyasının 100% pozulması deməkdir. Məsələn, görmə qabiliyyətinin 100 faiz itirilməsi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO