Rusiya borular üçün xammalı İsveçdən yox, Azərbaycandan alacaq

Rusiya borular üçün xammalı İsveçdən yox, Azərbaycandan alacaq

Hazırda oxunan: Rusiya borular üçün xammalı İsveçdən yox, Azərbaycandan alacaq

81707

Volqoqrad boru kəmərləri üçün xarici beton örtük istehsalı zavodu sanksiyalar səbəbindən maqnit filizini Azərbaycandan tədarük etməyi planlaşdırır. Əvvəllər bu məhsul İsveçdən alınırmış.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı jurnalistlərə müəssisənin baş direktoru Andrey Rındovski yayıb.

“Müəssisəmiz üçün xammallardan biri borulara vurulan ağır beton qarışıqlarının hazırlanması üçün lazım olan ağır maqnit filizidir. Daha əvvəl İsveçdən seriyalı şəkildə gətirilib. Amma indiki şəraitdə İsveç tədarükləri məhdudlaşdırır, ona görə də bizə dost olan Azərbaycanla yeni kanallar yaratmağı və istehsalın davamlılığını təmin etməyi planlaşdırırıq”, deyə o, qeyd edib.

Volqoqrad vilayət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, “Boru kəmərlərinin örtükləri və texnologiyaları" şirkəti su ərazilərində neft və qaz kəmərlərinin tikintisi üçün istifadə olunan beton örtüklü borular istehsal edir. 
Müəssisədə "sprey" üsulu ilə borulara xarici beton örtük tətbiq etmək üçün istifadə olunan texnologiya unikaldır və Rusiyada analoqu yoxdur.

Boru kəmərinin balast qabiliyyətinin itirilməsini aradan qaldırmaq və istismar xərclərini azaltmaq üçün bu növ örtük müəyyən üstünlüklərə malikdir. 

Məhsullar "Qazprom", "Qazprom Neft", LUKOIL, Transneft, Rosneft Oil Company kimi şirkətlərə verilir, "Şimal axını 2" və "Türk axını" layihələrinin həyata keçirilməsində istifadə olunur. Müəssisənin tədarük etdiyi beton üzlüklü boruların ümumi uzunluğu 500 km-ə yaxındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO