Efirdən qovulan Afşin Azəri:

Efirdən qovulan Afşin Azəri: "Zaur 2 dəqiqədə 20 dəfə yalan danışdı" – VİDEO

Hazırda oxunan: Efirdən qovulan Afşin Azəri: "Zaur 2 dəqiqədə 20 dəfə yalan danışdı" – VİDEO

81697

“Yenə də öz sözümün üstündəyəm. Kişinin arasında danışılan söz, kişinin arasında da qalar. İnsan iki dəqiqənin içində necə 20 dəfə yalan danışa bilər? Yalan danışırsansa, icazə ver mən sənin cavabını verim. Zaurla sözüm bu olub: “Sən hər kimi efirinə dəvət edəndə onunla elə danışmalısan ki, fanatlarının və tərəfdarlarının acıqlarına gəlməsin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ötən gün “Həmin Zaur” axşam şousunda aparıcı Zaur Kamal tərəfindən qovulan Cənubi azərbaycanlı müğənni Afşin Azəri qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Zaur Cənubi Azərbaycanlı müğənnini efirdən qovdu - VİDEO


İfaçı qalmaqallı hadisənin pərdəarxası məqamlarından danışaraq, gizlinləri gün üzünə çıxarıb.  

“Efirə 10-15 dəqiqə qalmış Zaur bir sıra müğənnilərin adını çəkdi, dedim ki, mənim səviyyəmə görə davran. Sən məni efirinə özün dəvət eləmisən, zəng vurub “məni dəvət elə” deməmişəm. Dəvət edirsən, mən də “canla-başla” gəlirəm. Verilişinə gələndə sən də belə bir söhbət açırsan.
Deyirəm ki, indiyə kimi olubmu ki, başqa efirdə mənim adımı başqa müğənninin yanında çəkəsən? Bunu dəqiq bilirəm ki, olmayıb. Bəs niyə başqa müğənnini misal çəkirsən? Ona dedim ki, sən səviyyəli ifaçıları tanı, onları ayırmağı bacar, sən axı aparıcısan. Heç zaman deməmişəm ki, filankəsi efirinə çağır və ya çağırma”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO