"Mən qadın olsaydım” - Putin Consona Tetçerin başladığı müharibəni xatırlatdı – VİDEO

Hazırda oxunan: "Mən qadın olsaydım” - Putin Consona Tetçerin başladığı müharibəni xatırlatdı – VİDEO

81618

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Boris Consonun “Rusiya lideri qadın olsaydı, Ukraynada “xüsusi əməliyyata” başlamazdı” sözlərinə cavab olaraq Marqaret Tetçerin Folklend adaları ilə bağlı atdığı addımlarını xatırladıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

“Marqaret Tetçerin Argentinaya qarşı hərbi əməliyyatlara başlamaq qərarına gələn yaxın tarixin hadisələrini xatırlamaq istəyirəm.

Burada hərbi əməliyyatlara qadın başlayıb. Folklend adaları haradadır, Britaniya haradadır? Bunu isə imperiya ambisiyaları diktə edir. Düşünürəm ki, bu, Britaniyanın hazırkı baş naziri üçün çox düzgün istinad deyil”, - Rusiya lideri Aşqabadda jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, iyunun 29-da Vladimir Putin Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO