Qusardakı Mədəniyyət Parkında niyə SÜKUTDUR? - Ksenya xanımdan sonra əyləncələrə son qoyulub

Qusardakı Mədəniyyət Parkında niyə SÜKUTDUR? - Ksenya xanımdan sonra əyləncələrə son qoyulub

Hazırda oxunan: Qusardakı Mədəniyyət Parkında niyə SÜKUTDUR? - Ksenya xanımdan sonra əyləncələrə son qoyulub

81556

Qusar şəhərində yerləşən N.Nərimanov adına şəhər Mədəniyyət və İstirahət parkı haqqında bu, üçüncü yazımızdır. 

Çar Rusiyası dövründə inşa edilən, hərbçilərlə yanaşı yerli sakinlərin də inşasında əməyi olan unikal meşə-parkın keçmişini qusarlılar çox nostalji hislərlə xatırlayırlar. 

Müsahibimiz olan yaşlı insanlar deyir ki, bu parkda 60-70-ci illərdə çox yaxşı mədəni-kütləvi tədbirlər təşkil edilirdi.

Bir rus qadını vardı, Ksenya Ksenzovskaya, o hər həftənin şənbə günü parkda gözəl konsertlər, rəqslər təşkil edərdi. Çox fəal ictimaiyyətçi qadın olan Ksenya xanım parkı həmişə ayaqda saxlayırdı. Həmin qadın iki mininci illərin əvvəllərinə qədər sağ olub, amma çoxdandır o da görünmür deyirlər, yerli sakinlər.
Nərimanov parkında əvvəllər idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün qurğular da olub. 

Bilyard, tennis oynayırdılar, voleybol meydançası vardı. Müxtəlif, hətta respublika səviyyəli yarışlar keçirilirdi. Uşaqlar üçün karuselıər, yelləncəklər, atraksionlar vardı. İndi onların hamısı xoş röyalarda qalıb.

Parkın axtilə uşaq əyləncəsi kimi istifadə edilən yerində indi kafe yerləşib, yığışanlar pivə içməklə məşğuldur. Digər heç bir əyləncə və idman oyunu yoxdur.

Parkda su problemi yaşanır. Qusarın yuxarı hissəsindəki "Bənövşəli göl"dən gələn su indi tamailə kəsilib. Parkdakı ağaclar şəhərə gələn xlorlu su ilə suvarılır.

O da sayğac qoyulduğundan çox vaxt kəsilir, qiymətli ağaclar isə istər-istəməz qurumağa başlayır.

Amma parka gün ərzində hələ də minə yaxın insan gəlir. Yenə də hər səhəf parkda qaçan insanlar var. Amma parkda idmanla məşğul olmaq üçün bir dənə də olsun qurğu qalmayıb. Voleybol meydançasından da əsər-əlamət yoxdur. 

Sakinləri narahat edən bütün bu problemləri Qusar İh başçısının Qusar şəhəri üzrə nümayəndəsi Nahid Arazova çatdırdıq. Arazov deyilənlərlə razılaşdı, amma bildirdi ki, 7 ildir bu vəzifədədir və parkın əyləncə sahəsi ondan əvvəl icarəyə verilib, atraksion, yelləncək və karuselləri buranı işlədən sahibkar etməlidir:

"Mən də parkda pivə içilməsinin əleyhinəyəm. Amma biz icarəçiyə heç nə deyə bilmirik. Əlbəttə, atraksionların olması çox yaxşı olar. İnsanlar rahat istifadə edərlər".

Nahid müəllim parkın su probleminə də aydınlıq gətirdi: 

"Su şəhər xəttindən gəlir, sayğac da qoyulub. Ayda 200 manat su pulu da ödəyirik. Amma park gələnlər heç nədən su kranını açıq qoyur, 3-4 günə olan suyu da  sayğac yazır və sonra su kəsilir. Sakinlərimiz buna əməl etsələr, ay ərzində suyu sərfəli və qənaətlə işlədə bilərik".
Görünən odur ki, parkla bağlı dövlət qurumlarının daha ciddi müdaxiləsinə və yeni layihələrin icrasına ehtiyac var.

Aytəkin Alxaslı, Bizim.Medua, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO