“Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirildi

“Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirildi

Hazırda oxunan: “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirildi

81101

İyunun 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.

Bizim.Media xəbər verir ki, konsertdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət naziri Anar Kərimov və digər hökumət rəsmiləri iştirak ediblər.

Əvvəlcə ölkəmizin azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə orduya göstərilən diqqətdən danışıb. Bildirib ki, Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək düşmən işğalında olan ərazilərimizi azad etdi.

Hazırda əsas amalımız Qarabağda quruculuq işlərinə birlikdə dəstək olmaqdır.

Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, bu konsertdə əldə olunan gəlir Qarabağımızın yenidən dirçəlməsinə sərf ediləcək.

Məlumat verilib ki, yaxın zamanda Ağdamın İmarət kompleksinin bərpa edilməsinə başlanılacaq.

Tədbir konsert proqramı ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO