2022-ci ildə BTC ilə nəql olunan neftin həcmi açıqlandı 

2022-ci ildə BTC ilə nəql olunan neftin həcmi açıqlandı 

Hazırda oxunan: 2022-ci ildə BTC ilə nəql olunan neftin həcmi açıqlandı 

80776

Bu ilin yanvar-may aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 89 452 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 6,3% çoxdur. 

Bizim.Media xəbər verir ki, Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti bu barədə məlumat yayıb. 

“Apa.az”ın xəbərinə görə, ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 84 185 min barel neft nəql edilib. 

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəmərilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,8% azdır. 

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO