Qusarda maşın oğurlayan Bakı sakini saxlanıldı

Qusarda maşın oğurlayan Bakı sakini saxlanıldı

Hazırda oxunan: Qusarda maşın oğurlayan Bakı sakini saxlanıldı

80767

Qusar Rayon Polis Şöbəsinə iyunun 21-də Samur qəsəbəsi ərazisindən qəsəbə sakini O.Kəmərbəndinin “Opel” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.  

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 22-də Qırmızı Qəsəbə ərazisində tapılıb.  

Avtomobildən 318.000 rubl (9.800 manat) pulun oğurlanması müəyyən edilib.  

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda və içərisində olan pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Rəhimov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO