Astarada evdə qumar oynayanlar saxlanıldı

Astarada evdə qumar oynayanlar saxlanıldı

Hazırda oxunan: Astarada evdə qumar oynayanlar saxlanıldı

8074

Astara sakininin evində qumar oyunu təşkil etdiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı bir neçə rayon sakininin karantin rejimi qaydalarını pozduğu və Ojakəran kənd sakini R.Əliyevə məxsus evdə toplaşaraq qumar oyunu oynadıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin vaxt orada olan şəxslər polis şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və karantin rejiminin qaydaları bir daha izah edilib.

4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO