Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə oldu və sonra... - Məhkəmə çəkişməsinin TƏFƏRRÜATI 

Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə oldu və sonra... - Məhkəmə çəkişməsinin TƏFƏRRÜATI 

Hazırda oxunan: Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə oldu və sonra... - Məhkəmə çəkişməsinin TƏFƏRRÜATI 

80584

Azərbaycanda 1999-cu il təvəllüdlü Valeh Məmmədov özündən xeyli kiçik olan Samirəyə (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Valehin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.  

“Öz razılığı ilə cinsi əlaqədə olmuşam” 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  

O bildirib ki, Samirəni 2020-ci ilin fevralından tanıyır:  

“Həmin vaxt Samirə Gəncə şəhərinə gəldi. Samirənin razılığı ilə ailə qurmaq məqsədilə cinsi əlaqədə olduq. Sonra onunla birlikdə yaşadığı Bakı şəhərindəki evə getdik. Bakıda toyumuz oldu. Sonra Samirə ilə aramızda narazılıq olduğu üçün Gəncə şəhərinə gəldim”. 
Təqsirləndirilən şəxs daha sonra Samirənin ondan şikayət etdiyini eşidib:

“Bundan sonra Samirə və anası məndən şikayət etdilər ki, guya onu Gəncə şəhərində zorlamışam. Amma Samirəni zorlamamışam. Öz razılığı ilə onunla cinsi əlaqədə olmuşam”.  

“Əvvəllər münasibətim olmayıb” 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirənin sözlərinə görə, anası ilə birlikdə yaşayır:  

“Mən uşaq olarkən atam anamdan boşanıb. Anamın məndən başqa uşağı yoxdur. Atam başqa bir qadınla evlənib və ayrı yaşayır. Mən 6 yaşımdan anamla birlikdə Bakı şəhərində Sabunçu qəsəbəsində Yeni Məhələllər yaşayış massivində kirayədə qalırıq. Ana nənəm Gəncə şəhərində yaşayır. Anamla birlikdə, elə o vaxt Gəncəyə nənəmgilə gəldim. Gəncə şəhər sakini Valehi təxminən məlum hadisədən üç ay əvvəl tanımışam. Ondan əvvəl tanımamışam. Onunla əvvəllər hər hansı münasibətim olmayıb”. 

“Heç nə demədim” 

Samirə deyib ki, Gəncə şəhərinə öz donunu satmağa gəlib:  

“Gəncə şəhəri Mərkəzi Univermağın yanında özümün geyinilmiş donumu satmaq istəyərkən bir də baxdım ki, əvvəl tanımadığım və görmədiyin bir oğlan, yəni Valeh mənə yaxınlaşdı. Dedi ki, məni tanıyır. Mən isə onu tanımadığımı bildirdim.

Sonra dedi ki, Nadirin dostudur. Nadirlə tanışlığım olub. Valeh məni “Watshapp”da Nadirlə danışanda görüntülü olduğu üçün görüb.
Ona heç nə demədim.  

Valeh soruşdu ki, Gəncəyə niyə gəlmisən? Mən nənəmin yanına gəldiyimi bildirdin. Valeh də təklif etdi ki, Bakıya indi qayıtma, gedək onlara. Valeh yanımda bir nəfər qadınla danışdı, dedi ki, xalasıdır. Xalası dediyi qadına söylədi ki, bir nəfər tanış qız var, onu evlərinə qonaq gətirir. Mən də Valehin danışdığı qadının səsini eşitdim. Çünki Valeh səsini gücləndiriciyə qoymuşdu. Valehə inandım. Məni özünün yaşadığı evlərinə apardı. Onların evində təxminən 10 yaşlı balaca bacısı olub, ayrı kimsə olmayıb”.  

“Özü yola salacağını bildirdi” 

Samirənin sözlərinə görə, təxminən 20-25 dəqiqədən sonra Valehin böyük bacısı evə gəlib:

“Valeh bacısına dedi ki, bu qızı qaçırıb, anasıgil gələndə də onlara o cür desin. Mən də Valehə dedim ki, məni o adla gətirməyib. Getmək istədim. Bu dəfə Valeh mənə narahat olmamağı, özü yola salacağını bildirdi. Mən də çölə çıxdım, anama zəng vurmaq istədim. Valeh əlimdən telefonumu aldı, sifətimə bir şillə vurdu.

10-15 dəqiqə sonra Valehin anası və atası evə gəldilər. Valehdən məni qaçırmasını soruşdular. Valeh də yalandan guya məni öz razılığım ilə qaçırdığını dedi. Bu zaman narazılıq etdim. Valehin bu hərəkətinə görə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat vermək istədim”.
“Dedi ki, indi mütləq cinsi əlaqədə olmalıyıq” 

Zərərçəkmiş şəxsin sözlərinə görə, bu vaxt Valehin anası onun üstünə gəlib və ona bir şillə vurub:

“Valehdən məni geri qaytarmağı tələb etdi. Valeh də söz verdi ki, məni  Bakı şəhərinə yola salacaq. Məni dostunun evinə apardı, dedi ki, gecə yola salacaq. Birlikdə evlərindən bir neçə küçə aralı bir evə getdik. Orada heç kəs olmayıb. Orada Valeh mənə dedi ki, artıq qaçırmışam, indi mütləq cinsi əlaqədə olmalıyıq. Bildirdi ki, cinsi əlaqədə olsaq, anasıgil evlənməyimizə icazə verəcəklər. Mən də qorxumdan səsimi çıxartmadım. Otaqda birlikdə cinsi əlaqədə olduq”.

“Badü-Kübə restoranında toy etdilər” 

İş üzrə ifadə verən təqsirləndirilən şəxsin nənəsi bildirib ki, 2020-ci ilin fevralında qızından nəvəsi Valehin evə bir qız gətirdiyini eşidib:  

“Həmin qız adının Samirə olduğunu, Bakı şəhərində yaşadığını, Bakı şəhərindən Gəncə şəhərinə paltar satmaq üçün gəldiyini və sonra paytaxta qayıdacağını öyrənib. Qızım isə Samirədən narahat oldu. Ondan xoşu gəlmədiyi üçün evdən qovdu. Həmin günün səhəri Samirənin nənəsi, xalası və dayısı bizə gəldi. Bizdən 3000 manat istədilər. Əks halda Valehi polisə verəcəklərini dedilər. Biz də həmin pulu verməyə imkanımızın olmadığını dedik. Samirənin nənəsi onu və Valehi götürərək getdilər. Bakıya getdikdən sonra Valehi öz evlərində saxladılar. Samirə ilə Valehə Bakı şəhərində Badü-Kübə restoranında toy etdilər”.

“Ondan əl çəkdi”

Təqsirləndirilən şəxsin nənəsi qeyd edib ki, Valehlə Samirə bir müddət Bakı şəhərində qaldıqdan sonra Gəncəyə gəliblər:  

“Samirənin nənəsi kirayə ev tapdı və birgə qaldılar. Gəncəyə gələndə Valeh Samirənin ailəsinin necə insan olduqlarını gördü, ondan əl çəkdi. Samirə və qohumları Valehi zorla orada saxlamaq istəyiblər”.  
Bu cinayət işinə Gəncə Nizami rayon Məhkəməsində baxılıb.  

Valeh 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO