Qarabağda hansı beynəlxalq təcrübədən istifadə oluna bilər? - İsrailli ekspertin CAVABI 

Qarabağda hansı beynəlxalq təcrübədən istifadə oluna bilər? - İsrailli ekspertin CAVABI 

Hazırda oxunan: Qarabağda hansı beynəlxalq təcrübədən istifadə oluna bilər? - İsrailli ekspertin CAVABI 

80484

“Köçkünlərin Qarabağa qayıtması, təbii ki, bir qədər ləngiyib. Bunun obyektiv səbəbləri var. Məsələn, orada mina təhlükəsi tam aradan qaldırılana qədər bir çox valideyn uşaqlarına həyətdə oynamağa icazə verməyəcək”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı İsrailin Kutaisi Beynəlxalq Universitetinin professoru Florian Rupp deyib. Həmin müsahibəni təqdim edirik:

- Cənab Rupp, beynəlxalq ictimaiyyət Qarabağın bərpasında hansı rolu oynaya bilər?

- Beynəlxalq aləm ilk növbədə buraya şəxsi təcrübəsini inteqrasiya edə bilər. Burada ən əsası keçmişdə ilişib qalmamaq, əlbəttə ki, gələcəyə baxmaqdır. Əlbəttə ki, yenidənqurma prosesi zamanı tarixi abidələrin qorunması ilə yanaşı, yeni binaların tikintisinə də fikir verilməlidir. Burada ağıllı infrastruktur və ağıllı ictimai nəqliyyat sisteminin yaradılması və onunla bağlı təcübənin tətbiqi də daxildir. Növbəti mərhələdə isə beynəlxalq birlik bölgədə ətraf mühit, elm və texnologiyanın inkişafına da dəstək verə bilər. 

- Fikirlərinizə məcburi köçkünlərin qayıtması ilə bağlı nüanslar əlavə edə bilərsinizmi? Bu proses necə həyata keçirilməlidir?

- Köçkünlərin Qarabağa qayıtması, təbii ki, bir qədər ləngiyib. Bunun obyektiv səbəbləri var. Məsələn, orada mina təhlükəsi tam aradan qaldırılana qədər bir çox valideyn uşaqlarına həyətdə oynamağa icazə verməyəcək. Bunun üçün ilk olaraq ərazidəki piyada əleyhinə minalar tamamilə təmizlənməlidir. Təbii ki, xeyli sayda insan o cür möhtəşəm torpaqlara qayıtmaq və evlərinin bərpasını istəyir. Onlar sadəcə Qarabağın gələcəyinin bir parçası olmaq istəyirlər. 

- İşğaldan azad olunan ərazilərin minasızlaşdırılmasından danışaq. Necə düşünürsünüz, bunun üçün hansı tədbirlər görülməlidir?

- Bu, çox çətin sual oldu. Çünki minaların yerləşdirildiyi yerlər sənədləşdirilməyib və ya onların olduğu nöqtələrlə bağlı ətraflı məlumat yoxdur. Müvafiq xəritələr və sxemlər olmadan minaların aşkarlanaraq zərərsizləşdirilməsi olduqca mürəkkəb bir prosesdir. Bu prosesdən 30 il keçib. Ona görə də ilk növbədə həmin məqsədlə əraziyə yeni texnologiyalar cəlb edilməlidir. Onsuz da buna xeyli zaman tələb olunacaq. Çünki minaların olduğu nöqtələr müəyyən edildikdən sonra bura xüsusi təlim görmüş itlər cəlb olunmalı və həmin ərazilər təmizləndikdən sonra bir daha yoxlanılmalıdır.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO