`Qəbələ`nin gənc müdafiəçisi `Seltik`in hədəfindədir

`Qəbələ`nin gənc müdafiəçisi `Seltik`in hədəfindədir

Hazırda oxunan: `Qəbələ`nin gənc müdafiəçisi `Seltik`in hədəfindədir

80482
"Qəbələ"nin və Azərbaycan milli komandasının üzvü Bəhlul Mustafazadə mövsümün sonunda Avropaya yollana bilər.

21 yaşlı mərkəz müdafiəçisi Şotlandiya nəhəngi "Seltik"in maraq dairəsindədir.

Qlazqo klubunun müdafiəçisi Dedrik Boyata mövsümün sonunda Almaniyanın "Herta" klubuna üz tutacaq. Digər arxa xətt oyunçusu Filip Benkoviç isə "Lester Siti"yə qayıdacaq. Bu səbəbdən də "Seltik" Mustafazadəni transfer siyahısında ilk sıralara yazıb.

Məlumatda qeyd edilib ki, mayda azad agent statusuna yiyələnəcək gənc oyunçu yay toplanışına dəvət olunacaq. Bəhlul özünü yaxşı tərəfdən göstərsə, "Seltik"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir. O, cari mövsüm Premyer Liqada 20 oyun keçirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO