Ağdamda polis ƏMƏLİYYATI: SAXLANILANLAR VAR

Ağdamda polis ƏMƏLİYYATI: SAXLANILANLAR VAR

Hazırda oxunan: Ağdamda polis ƏMƏLİYYATI: SAXLANILANLAR VAR

80419

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə Ağdam RPŞ-yə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Fikrət Yahyazadə saxlanılıb. Onun mağazaya qeyri-qanuni yolla daxil olaraq seyfdən 3000 manata yaxın nəğd pul oğurladığı müəyyən edilib. 

Bundan başqa keçirilmiş tədbirlərlə narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Arzu Məmmədov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və çəkisi 1 kiloqram 390 qram olan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO