Samuxda 2 tona yaxın çətənə kolu məhv edildi - FOTO

Samuxda 2 tona yaxın çətənə kolu məhv edildi - FOTO

Hazırda oxunan: Samuxda 2 tona yaxın çətənə kolu məhv edildi - FOTO

80388

Samux rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2022" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Sərkar kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.  

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, əməliyyat zamanı ümumi çəkisi 1750 kiloqram olan, 3450 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO