“Ermənistan sülh nizamlanmasından yayınır” - AŞPA-da sərt BƏYANAT

“Ermənistan sülh nizamlanmasından yayınır” - AŞPA-da sərt BƏYANAT

Hazırda oxunan: “Ermənistan sülh nizamlanmasından yayınır” - AŞPA-da sərt BƏYANAT

80368

“Bu gün Avropa Şurası Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi zərurətindən çıxış etməlidir. Bu gün yazılı öhdəliyi olmasına baxmayaraq, Ermənistan sülhün nizamlanmasının əsas elementlərindən birini - Azərbaycanın Qərb rayonları ilə 30 il ərzində Ermənistanın blokadasında olan Naxçıvan anklavı arasında maneəsiz əlaqənin açılmasını həyata keçirməkdən yayınır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Nigar Arpadarai qurumun yay sessiyası çərçivəsində “Avropada təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzənin günortadan sonra davam edən müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, Avropa Şurası köhnə səhvlərindən qaçmaq, həqiqətən də pan-Avropa təhlükəsizlik sisteminə töhfə vermək istəyirsə, öz zonasında bütün ölkələrə qarşı eyni yanaşma tətbiq etməlidir:

“Avropanın yeni təhlükəsizlik sisteminin səmərəliliyi baxımından bu çox vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO