Kiməsə güvənməyi bacarmaq böyük əhəmiyyət kəsb edir. Qarşı tərəfin sizə verdiyi sözləri tutması isə sədaqət duyğumuzu daha da artırır. Lakin verdiyiniz sözü tutmadıqda bu, yalnız həmin insanla münasibətinizə təsir etmir, eləcə də ətrafınızdakı digər şəxslərin gözündə sizin mənfi imicinizi formalaşdırır.
Bizim.Media xəbər verir ki, verdikləri sözü tutmayan yaxud tuta bilməyən insanların bir çoxu məhz bu bürclərin nümayəndələridir:
1. Dolça
Dolça bürcü qarşı tərəfə yalnız istədiklərini əldə etmək üçün vəd verirlər. Bütün istəklərini yerinə yetirdikdən sonra həmin insana heç vaxt dönüb baxmazlar. Dolça bürcləri ikitərəfli və ya ictimai münasibətlərdə düşündüyünüzdən çox eqoist ola bilər. Bu səbəbdən onun Dolça bürclərinin vədlərinə dərhal inanmamaq lazımdır.
2. Əkizlər
Əkizlrə çox dəyişkən əhval-ruhiyyədə olmaları ilə seçilirlər. Bəzən sizə qarşı uzaq olan Əkizlər birdən çox şirin və xoş söhbət kimi görünə bilər. Əkizlər bürcünün bu münasibəti sizə çox saxta görünə bilər. Əkizlər bürcü insanları hər zaman sıx düşüncələr içində olduqları üçün vədə əməl etmə məsuliyyətini öz üzərinə götürə bilməzlər. Hətta onlar verdikləri sözləri də dərhal unudurlar.
3. Balıqlar
Balıqlar təbiətinə görə adətən kiməsə “yox” deməyi xoşlamırlar. O, adətən hər şeyi müsbət qəbul edir və özünəməxsus şəkildə vədlər verir. Bununla belə, onlar heç vaxt vədlərinə əməl etməyə çalışmırlar. Çünki “yox” deyə bilmədikləri üçün hər şeyə “hə” deyirlər. Balıqların davamlı olaraq bu cür davranış sərgiləməsi onları özünə inamsız edir.
4. Tərəzi
Bu bürcdən olan insanlar həyatlarında həmişə digər insanların təsdiqinə ehtiyac duyurlar. Daim insanları xoşbəxt və razı salmağa çalışan xarakterləri var. Bununla belə, tərəzilər vədlər verməkdə uğursuzluğa düçar olurlar. Tərəzilər düşünmədən böyük vədlər verə bilərlər. Böyük vədlər verdikdən sonra problemə düşməkdən qorxan tərəzilər bütün vədlərindən anındaca imtina edə bilərlər.
5. Oxatan
Bu bürcün nümayəndələri çox vaxt şən və yaxşı insanlar kimi təsvir edilir. Ancaq onlar yalnız yaxşı görünməyə çalışırlar. Heç kəsin xətrinə dəyə bilmədiklərinə görə qarşı tərəfi boş vədlər verməklə məşğul edirlər. Oxatanlar öz ehtiyaclarına daha çox diqqət yetirirlər. Nə istədiyinizin, nə düşündüyünüzün onlar üçün heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən çox eqoist və duyarsız ola bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 21.06.2022
Ən güvənilməz BÜRCLƏR – Kimlər verdikləri sözləri tutmurlar?
Hazırda oxunan: Ən güvənilməz BÜRCLƏR – Kimlər verdikləri sözləri tutmurlar?
Hazırda oxunan: Ən güvənilməz BÜRCLƏR – Kimlər verdikləri sözləri tutmurlar?
80136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.