Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 32,4 faiz artıb

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 32,4 faiz artıb

Hazırda oxunan: Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 32,4 faiz artıb

80088

Cari ilin yanvar-may aylarında Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsinin həcmi 539 989,4 min ABŞ dolları təşkil edib.

Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 132 125 min ABŞ dolları və ya 32,4 faiz çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 315 871,3 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,8 faiz çoxdur.

Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 89,4 faiz artaraq 148 892,8 min dollara bərabər olub.

Cari ilin ilk 5 ayı ərzində Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsində 91 753,2 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 5,5 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO