İradə İbrahimova: “Atanız varsa, mənim yerimə bərk-bərk qucaqlayın” – FOTO

İradə İbrahimova: “Atanız varsa, mənim yerimə bərk-bərk qucaqlayın” – FOTO

Hazırda oxunan: İradə İbrahimova: “Atanız varsa, mənim yerimə bərk-bərk qucaqlayın” – FOTO

80010

Ailə qurduqdan sonra Türkiyəyə köçüb uzun illərdir orada yaşayan müğənni İradə İbrahimova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Ceyhun İzer, qızı İpek və oğlu Əli ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında yayımlayaraq  "Atalar günü" ilə bağlı ürək sözlərini dilə gətirib:

"Arxamı həm inandığıma, həm də sevdiyimə söykəmişəm. Dört tərəfim sevda, sonsuz bağlılıq və eşqlə çevrilib. Allahım, sənə sonsuz şükürlər olsun. Bütün ataların günü mübarək olsun. Övladlarına atalıq edən anaların da “Atalar günü” mübarək olsun. Övlad ayrıseçkiliyi etməyənlərin də “Atalar günü” mübarək olsun. Yaşamaq sadəcə var olmaq deyil. Artıq sadəcə ürəklərimizdə olan atalarımızın ruhları şad olsun. Təbrik edəcəyiniz atanız varsa, qucaqlaya bilirsinizsə, qiymətini bilin, hətta mənim yerimə də bərk-bərk qucaqlayın!”.

Qeyd edək ki, İ.İbrahimova 13 il əvvəl, 2009-cu ildə ailə həyatı qurub.






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO