Finlandiya və İsveç sabah Türkiyə ilə danışıqları davam etdirəcək

Finlandiya və İsveç sabah Türkiyə ilə danışıqları davam etdirəcək

Hazırda oxunan: Finlandiya və İsveç sabah Türkiyə ilə danışıqları davam etdirəcək

79990

Finlandiya və İsveçin nümayəndə heyəti sabah NATO-ya daxil olmaq məsələsinə görə Brüsseldə Türkiyə ilə danışıqlar aparacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

“Finlandiya, İsveç və Türkiyə arasında rəsmi səviyyədə müzakirələr sabah Brüsseldə NATO Katibliyinin təşkilatçılığı ilə baş tutacaq”, - deyə nəşr yazıb.

Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim edib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO