Bu ölkədə prezident seçkiləri keçirilir

Bu ölkədə prezident seçkiləri keçirilir

Hazırda oxunan: Bu ölkədə prezident seçkiləri keçirilir

79940

Kolumbiyada 2022-2026-cı illər üçün prezident seçkilərinin ikinci turu keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün ölkə solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim edir.

Ekspertlər qeyd edirlər ki, R.Hernandes qalib gələrsə, seçki strategiyasının müasir dünyadakı bütün stereotiplərini qıracaq. Digər siyasi qüvvələrlə müqavilə bağlamaqdan imtina edən R.Hernandes seçkiqabağı kampaniyaya minimum pul xərcləyib.

O, meydanda seçicilərin qarşısında çıxış etməyib. Sosial şəbəkələrdən fəal istifadə edən namizəd Bukaramanqadakı evindən canlı yayımla seçiciləri ilə əlaqə saxlayaraq gələcək planları barədə məlumat verib.

Onun kampaniyasının əsas şüarı “Korrupsiyaya son qoyaq”dır.

Q.Petro müvəffəqiyyət qazanacağı təqdirdə Kolumbiyanın siyasi tarixində seçkilərlə seçilmiş ilk solçu dövlət başçısı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO