“Neftçi”nin yeni baş məşqçisi odur

“Neftçi”nin yeni baş məşqçisi odur

Hazırda oxunan: “Neftçi”nin yeni baş məşqçisi odur

79708

"Neftçi" klubunun yeni baş məşqçisi bəlli olub. 

Bizim.Media xəbər verir ki, komanda türkiyəli mütəxəssis Ertuğrul Sağlama tapşırılıb. 

53 yaşlı baş məşqçi ilə danışıqlar müsbət yekunlaşıb və o, paytaxt təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib. Sağlam tezliklə Bakıya gələrək, rəsmi müqaviləyə imza atacaq. 

Report-un məlumatına görə, təcrübəli mütəxəssis bu vəzifədə ötən mövsümün sonunda müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək. 

Qeyd edək ki, Ertuğrul Sağlamın son olaraq İranın "Traktor" klubuna başçılıq edib. O, ölkəsində "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişehirspor" və "Yeni Malatyaspor"un da baş məşqçisi olub. Sağlam 2009/2010 mövsümündə Bursa təmsilçisi ilə Türkiyə Super Liqasında çempionluq sevinci də yaşayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO