Viktoriya Bekhemin bu hərəkəti məşhur musiqiçini qəzəbləndirdi - QALMAQAL

Viktoriya Bekhemin bu hərəkəti məşhur musiqiçini qəzəbləndirdi - QALMAQAL

Hazırda oxunan: Viktoriya Bekhemin bu hərəkəti məşhur musiqiçini qəzəbləndirdi - QALMAQAL

79605

Britaniyalı musiqiçi Boy Corc "British Airways" və Viktoriya Bekhemə qarşı "Twitter"də qəzəbli status yazıb.  

Bizim.Media xəbər verir ki, musiqiçi aviaşirkətin əməkdaşlarının birinci dərəcəli sərnişinləri təyyarədə saxladığını deyib. O, avtomobilin V.Bekhemi birbaşa təyyarənin qarşısından aparması üçün edildiyini iddia edib.

"Bir müddət "British Airways"lə uçmaqdan imtina etməyə dəyər", - deyə B.Corc bildirib.

Daha sonra Corc, tvitini silib və yenisini yazıb. Boy Corc ilk dəfə deyil ki, Victoriyanı və "The Spice Girls" qrupunu tənqid edir. 

O, daha əvvəl onlara nifrət etdiyini bildirmiş, qrupu “dəhşətli” adlandırmış və " The Spice Girls"in yaxşı stilistin yaxşı musiqidən daha vacib olduğuna sübut olduğunu bildirmişdi.
Qeyd edək ki, Viktoriya Bekhem musiqiçinin iddialarına münasibət bildirməyib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO