Dünya şöhrətli səyyahlar Azıx mağarasında - FOTO

Dünya şöhrətli səyyahlar Azıx mağarasında - FOTO

Hazırda oxunan: Dünya şöhrətli səyyahlar Azıx mağarasında - FOTO

79502

Xarici səyyahlar Qarabağda səfərdədir.  

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, dünyanın 10 ölkəsindən olan səyyahlar Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında olublar.  

Daş dövrünə aid yaşayış yeri və ümumilikdə ərazidəki tarixi abidələrlə bağlı dünya şöhrətli səyyahlara məlumat verilib.  

Qeyd edək ki, Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan 24 tanınmış səyyah Xocavənddən sonra Şuşa şəhərinə səfər edəcək.  

Sonra Ağdam şəhərinin qalıqlarına və bölgədə aparılan yenidənqurma işləri ilə tanışlıq olacaq.  

Ayın 17-i isə Kəlbəcər və Laçın rayonlarına səfər nəzərdə tutulub.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO