Pakistanlı rəsm ustası Azərbaycanda özünə rəssam deyən gənc xanımları niyə qınadı? - MÜSAHİBƏ

Pakistanlı rəsm ustası Azərbaycanda özünə rəssam deyən gənc xanımları niyə qınadı? - MÜSAHİBƏ

Hazırda oxunan: Pakistanlı rəsm ustası Azərbaycanda özünə rəssam deyən gənc xanımları niyə qınadı? - MÜSAHİBƏ

79498

Azərbaycana dost və qardaş olan Pakistanda  yaşayan, rəsm əsərləri bir sıra Beynəlxalq mükafatlara layiq görülən gənc rəssam Zamar Şahid Bizim.Media-ya müsahibə verib. Onunla həm Azərbaycanın, həm də Pakistanın rəsm sənətinin bu günkü reallıqlarını müzakirə etməyə çalışmışıq. 

- Maraqlıdır, Pakistanda hazırda sənət imkanları necədir?

- Pakistanda sənət imkanları çox böyükdür. Xüsusilə Pakistanın “Kəraçi” vilayətində incəsənət şurasının prezidenti  Məhəmməd Əhməd Şah, Pakistanda incəsənəti hamı üçün əlçatan edir və bütün sahələrdə sənətkarımız dünya səhnəsində yüksək platformada təbliğ edilir.  Pakistan İncəsənət Şurası çox yaxşı işləyir. Hazırda Pakistanda peşəkar xəttatlıq, miniatür, yağlı boya, çap, akvarel, qrafik dizayn, illüstrasiya, heykəltəraşlıq sürətlə inkişaf etməkdədir.

- Gənc rəssam kimi fəaliyyətiniz əsasən nədən ibarətdir?

- Allahdan mənə vaxtımı uğur kimi qaytarmasını arzu edirəm, çünki bir gənc rəssam kimi vaxtımın çox hissəsini bəzi səbəblərdən dolayı hörmətli valideynlərimə ayırdım və bundan da peşiman deyiləm. İşimə ayırdığım vaxtla müqayisədə böyük uğurlar qazanmışam. İşimdə hələ də  bəzi çətinliklərim var. Bunlar əsasən maliyyə məsələləri ilə bağlıdır. Motivasiyamı aşağı salmadan  çalışmağa köklənmişəm.

- Keyfiyyətindən danışdığınız əsərlərinizin başlıca mövzusu nədir?

- Əsas mövzu Pakistan İncəsənət və mədəniyyəti fonunda qlobal mövzular və qadın azadlıqlarıdır.  Mən həmişə əsərlərimdə qlobal əhəmiyyətli mövzuları götürməyi sevirəm. Miniatür üzrə son işlərimi isə 2018-ci ilin payızında BUITEMS Universitetində təqdim etdim və böyük maraqla qarşılandı.


- Bəs Pakistanı nə vaxtsa tərk etmək istərdiniz?

- Mən Pakistanı çox sevirəm və düşünürəm ki, insan qarşılaşdığı problemlərə baxmayaraq, doğulub böyüdüyü yeri hər gün biraz daha çox sevməyə çalışmalıdır. Sizin sualınızın nəyə kökləndiyini də çox yaxşı anlayıram, amma bunu ancaq zaman göstərə bilər. İşimlə əlaqədar hansısa bir ölkədə müəyyən bir müddət köçüb yaşaya bilərəm, amma bu mənim Pakistandan tamamilə uzaqaşacağım anlamına gəlmir.

- Azərbaycanlı rəssamlardan kimləri tanıyırsınız? Gənc rəssamlarımızın işi hər hansı bir formada sizi cəlb edə bilirmi?

- Azərbaycan  İncəsənət əsərlərini çox  sevirəm və Azərbaycan rəssamlıq sənətini imkan daxilində izləməyə çalışıram. İstedadlı gənc rəssamlarınızla yanaşı, son illər Azərbaycanda özünü proffissional rəssam kimi təqdim edən bir çox gənc xanımlar ortaya çıxır. İşlərinə baxanda isə  görürsən ki, bu sadəcə özfəaliyyətdir. Bir neçə il rəsm çəkmək məncə proffissionallıq demək deyil.

Ola bilər ki, o xanımların bu işə böyük həvəsi olsun və ya hansısa imtiyazlı bir şəxs onlar üçün təqdimat keçirib kütləyə təqdim etsin, amma məncə bizim sənətimiz elə səthi sənət deyil ki, bir- iki dəfə nə isə çəkməklə ulduza çeviriləsən.
Halbuki, Azərbaaycanın Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov kimi böyük sənətkarları olub və onların əsərləri hələ də dünya rəssamlığının inciləri sırasındadır. Əgər əsl sənətin nə olduğunu bilmirlərsə, bu sənətkarların rəsmlərindən çox şey öyrənə bilərlər.

Öyrənmək isə heç vaxt və heç zaman gec deyil.

Leyla Şah,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO