Son zənglə əlaqədar qayıqlarla gəzintilərin kütləviliyini nəzərə alan Fövqaladə Hallar Nazirliyi Kür çayının Mingəçevirdən keçən hissəsində gücləndirilmiş iş rejiminə keçib.
Bizim.Media-nın məlumatına görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti qayıqlarla çay gəzintisinə çıxan sərnişinlərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə çayın qayıqların lövbər saldığı hissəsinə əlavə olaraq daha bir xilasetmə qayığı göndərib.
Eyni zamanda 4-ü dalğıc axtarış qrupunun xilasediciləri olmaqla əlavə 7 əməkdaş gəzinti zolağında gücləndirulmiş növbətçi xidmətə cəlb olunub.
Qeyd edək ki, ənənəvi olaraq tədris ilinin son zəngində nahar saatlarından etibarən axşam radələrinədək məzunlar Kür çayında qayıqlarla kütləvi gəzintilərə üstünlük verirlər.
Bu yaxınlarda həmin ərazidə 11 sərnişini ilə birgə qayıqlardan birinin çevrilərək aşması təhlükəsizlik tədbirlərinim gücləndirilməsini zəruri edib.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:32 / 14.06.2022
FHN Kür çayının bu hissəsinə daha bir xilasetmə qayığı göndərdi – FOTO
Hazırda oxunan: FHN Kür çayının bu hissəsinə daha bir xilasetmə qayığı göndərdi – FOTO
Hazırda oxunan: FHN Kür çayının bu hissəsinə daha bir xilasetmə qayığı göndərdi – FOTO
79235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.