SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov SSRİ-nin dağılmasına görə məsuliyyət daşıdığını etiraf edib.
Bizim.Media “NEWSİNFORM”-a istinadən xəbər verir ki, Mixail Sergeyeviç 30 ildən sonra ilk dəfə SSRİ-nin dağılmasında günahkar olduğunu dilə gətirib.
MÖVZU İLƏ BAĞLI:
20 Yanvar faciəsinin müəllifi Qorbaçov: “Əminəm ki, biz düzgün siyasi xətdəydik”
Qorbaçov bildirib ki, “islahat aparmaq, yenilənmək lazım idi. Və bu da mümkün idi. Biz də çalışdıq ki, islahatlar yolu ilə gedək.
Əgər bu prosesin bütün iştirakçıları məsuliyyət nümayiş etdirsəydilər, əminəm ki, bu, öz müsbət nəticəsini verərdi. Biz istəyirdik ki, güclü, həqiqətən də suveren respublikalar olsun və onların ümumi maraqlarından çıxış edən güclü və çevik idarəetmə mərkəzi olsun. Amma biz istədiyimizi sonacan edə bilmədik. Ona görə də mən bu məsələdə özümü məsuliyyətdən azad etmirəm”.
Qorbaçov müsahibəsində bir siyasətçi kimi vicdanının təmiz olduğunu da dilə gətirib.
“Siyasi üsullarla hərəkət edərək Birliyi sona qədər müdafiə etdim. Lakin, insanlar başa düşmürdülər ki, ölkəni itirirlər. Birliyin müdafiəsi üçün heç kim danışmadı. Düşünürəm ki, SSRİ-ni bu 3 şey dağıtdı: məsuliyyətsizlik, populizm, ucuz demaqogiya”- deyə sabiq prezident fikirlərini tamamlayıb.
Surxay Atakişiyev, Bizim.Media