Xalq artisti Röya:

Xalq artisti Röya: "Gözümü açdım ki, hovuzdayam” - VİDEO

Hazırda oxunan: Xalq artisti Röya: "Gözümü açdım ki, hovuzdayam” - VİDEO

79071

“Göz həkimi Cahidin bağında olanda Əminə ilə məni həmkarım Əkbər (red. müğənni Əkbər Əliyev) hovuza itələdi. Həmin gün bağda olanda Cahidin qonşularından biri “Instagram”ıma yazdı ki, dostlarına de ki, onlar sussunlar, sən isə oxu” (gülür).

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Səhərin gözü” verilişində deyib.

Sənətçi ötən ilin yayında yaxın dostu, oftalmoloq Cahid Şahbazovun bağ evində başına gələn zarafat dolu hadisədən söz açıb.

“Yay ayları idi. Həmkarlarımla Cahidgildə idik. Günorta saatlarında günəş vannası qəbul etdik, axşam isə toplaşdıq. Bizimlə bərabər Əminə Şirin də vardı. O ilk dəfə idi ki, həkimin bağ evinə gəlmişdi. Düşündü ki, onu hovuza atmazlar. Ona dedim ki, bizim “kruqa” inanma. Gözləmədiyin anda səni də hovuza atacaqlar.

Elə də oldu. Cahid onu itələyib hovuza atdı. Qorxdum ki, birdən Əminə bizdən inciyər, küsər. Gözümü açdım ki, mən də hovuzdayam”.

Röya deyib ki, pandemiya zamanı koronavirusun “omikron” ştammına yoluxub.

“Biz ölənə kimi pandemiya haqda danışacağıq. Faciələr yaşadıq. Qoruyucu maska heç taxmırdım. Hamı xəstələnib qurtarandan sonra dostlarımız içində elə ən axırıncı mən koronavirusa yoluxdum. Ozü də “omikron” ştamına”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO