Cey Lonun keçmiş nişanlısı yeni sevgilisi ilə Kiprdə eyş-işrətdə - FOTO

Cey Lonun keçmiş nişanlısı yeni sevgilisi ilə Kiprdə eyş-işrətdə - FOTO

Hazırda oxunan: Cey Lonun keçmiş nişanlısı yeni sevgilisi ilə Kiprdə eyş-işrətdə - FOTO

78991

İki dünya ulduzu və məşhur aşiqlər Cennifer Lopez və Ben Afflek ev axtararkən, müğənninin keçmiş nişanlısı Aleks Rodriges ondan uzaqda sevgilisi ilə əyləncələrində vaxt keçirir.

Bizim.Media xəbər verir ki, yanvar ayından bəri model Ketrin Padcettlə eşq yaşayan beysbolçu ötən axşam Kiprdə öpüşərkən paparazzilərin obyektivinə tuş gəlib.  

Əylənəndən sonra cütlük verandaya - daha sakit yerə keçiblər. 46 yaşlı Rodrigezin model sevgilisi haqda informasiya çox azdır.  

Onun 25 yaşı var, o, dietoloqdur, idmanı sevir, fitneslə məşğul olur və bodibildinq yarışlarında iştirak edir.

Qeyd edək ki, keçmiş cütlük Cennifer Lopez və Aleks Rodriges ayrılıq xəbərini ötən il elan etmişdilər. Onlar dost olaraq qalmağa qərar veriblər. Aleks və Cey LO təxminən dörd il birlikdə oldular. Onların 2020-ci il toyları olmalı idi. Lakin pandemiyada Aleks Cenniferə xəyanət edərək, münasibətlərin üstündən xətt çəkmiş oldu.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO